İranın məhdudiyyətlər tətbiq etdiyi Hörmüz boğazından müharibə başlayandan sonra ilk dəfə Avropa Birliyinə məxsus gəmi keçib. MSNews.az-ın AFP-yə istinadən yaydığı məlumata görə, Fransanın CMA CGM şirkətinə aid CMA CGM Kribi adlı konteyner gəmisi boğazdan hədəf alınmadan keçərək marşrutunu davam etdirib.
Xəbərdə bildirilir ki, İran daha əvvəl Çin və Hindistan gəmilərinə keçidə icazə vermişdi. Fransız yük gəmisinin keçidi isə müharibə başlayandan bəri boğazdan keçən ilk Avropa gəmisi kimi qeydə alınıb. Fransa və İran rəsmiləri keçidlə bağlı hələlik rəsmi açıqlama verməyib.
Məqalədə qeyd olunur ki, bu hadisə Körfəz ölkələrinin BMT-də Hörmüz boğazına beynəlxalq hərbi əməliyyat nəzərdə tutan layihə hazırlığı fonunda baş verib. İran isə həmin təşəbbüsü veto edəcəyini bəyan edib.