“The Telegraph” yazır ki, ABŞ dəniz piyadalarının elit bölməsi Hörmüz boğazında mümkün əməliyyata hazırlıq məqsədilə Yaxın Şərqə göndərilib. Mənbələr bildirir ki, bu qüvvələrin əsas vəzifəsi Fars körfəzinin əsas giriş nöqtəsi olan Hörmüz boğazında nəzarəti bərpa etməkdir.
Operativ qrup 2500 dəniz piyadasından ibarətdir və desant, quru və hava əməliyyatları üçün hazırlanmış çevik reaksiya qüvvələrinin ekspedisiya korpusunun tərkibinə daxildir. Bu yerləşdirmə ABŞ-a bölgədəki strateji adalara reydlər etmək və mümkün minalı katerləri aradan qaldırmaq imkanı verir.