Hollandiyanın bu məhəlləsində bütün evlər yuvarlaq şəkildədir

Hollandiyanın Den Bosx şəhərində yerləşən Bolvoningen adlı məhəllədə bütün evlər yuvarlaq formasdadır. Bu mənzərə sanki elmi-fantastik film səhnəsindən götürülüb; memarın fikrincə, kürə forması ən az materialla ən çox yaşam sahəsi yaradır və ekoloji cəhətdən faydalıdır.

48

Hollandiyanın Den Bosx şəhərində çox nadir və diqqət çəkən bir memarlıq layihəsi yerləşir: məhəllədə bütün evlər yuvarlaq formada qurulub və xarici görünüşü elmi-fantastik film səhnəsini xatırladır.Bu “Bolvoningen” adlı yaşayış sahəsi 1960–1980-ci illərdə yaradılıb və bu günə qədər insanların yaşayış məkanı olaraq istifadə olunur.

Layihənin müəllifi məşhur memar və heykəltəraş Dries Krajkampdır. Onun fikrincə, kurə (top) forması təbiətdə ən orqanik və səmərəli strukturdur və ən az materialla ən geniş yaşama sahəsi təmin edir.

Bu unikal binaların içi də qeyri-adi təşkil olunub: yuvarlaq pəncərələr sayəsində gün ərzində çoxlu təbii işıq daxil olur, lakin iç məkanın mebelləşdirilməsi qövsvari divarlar səbəbindən çətinlik törədir. Bununla belə, sakinlər xüsusi hazırlanmış mobil tim materiallarla bu məkanı rahat şəkildə istifadə edirlər.

1980-ci illərdə inşa olunan bu layihə ilk vaxtlar geniş diqqət çəkməsə də, zamanla turistlərin, memarların və fotoqrafların maraq nöqtəsinə çevrilib. Bir dövrdə binaların yıxılması belə müzakirə olunsa da, sonradan bərpa edilərək qorunub saxlanılıb.