Hitler Mussolini Peruda mer seçkisində qalib gəldi

Hitler Mussolini Simeon Flores Perunun Queropalca rayonunda keçirilən bələdiyyə seçkisində 34,54 faiz səs toplayaraq birinci olub. O, Ahora Nación partiyasının namizədi kimi yarışıb.

65

Peruda Hitler Mussolini Simeon Flores adlı siyasətçi Huanuko departamentinin Queropalka rayonunda keçirilən bələdiyyə seçkisində birinci olub. O, 229 səs — etibarlı səslərin 34,54 faizini toplayıb.

MSNews.az xəbər verir ki, Flores mərkəz-sol xəttə malik “Ahora Nación” partiyasının namizədi kimi seçkidə iştirak edib. Onun əsas rəqibi Gaspar Benilde Osorio Zambrano 204 səs — 30,8 faiz toplayıb. Beləliklə, fərq cəmi 25 səs olub.

“Euronews” yazır ki, Queropalka 730-dan bir qədər çox əhalisi olan kiçik And rayonudur. Flores hazırda seçkinin virtual qalibi sayılır.

Perunun Milli Seçki Münsifliyinə təqdim edilən sənədlərə görə, Hitler Mussolini Simeon Flores 6 avqust 1981-ci ildə Queropalka şəhərində doğulub. Onun seçki dosyesində orta təhsili başa vurduğu, lakin ali təhsil barədə məlumatın göstərilmədiyi qeyd olunur. O, 2023–2026-cı illərdə “Grupo de Inversiones Simeon SAC” şirkətində menecer kimi çalışdığını bəyan edib.

Siyasətçi daha əvvəl sağçı “Fuerza Popular” partiyasının üzvü olub, 2025-ci ildə həmin partiyadan ayrılıb və 2026-cı il seçkilərində “Ahora Nación” ilə yarışıb.

Floresin adı Adolf Hitler və Benito Mussolininin adları ilə üst-üstə düşdüyü üçün seçki nəticəsi beynəlxalq mediada geniş diqqət çəkib. Lakin onun bu adın mənşəyi barədə dedikləri ilə bağlı mənbələrdə ziddiyyət var: bəzi xəbərlər adın valideynləri tərəfindən verildiyini yazır, digər mənbələr isə bunu təsdiqləyən rəsmi məlumatın olmadığını bildirir.

Bu, Peruda qeyri-adi adı ilə diqqət çəkən ilk siyasətçi deyil. 2018-ci ildə Hitler Alba Sançes adlı başqa bir siyasətçi də bələdiyyə seçkisində qalib gəlmişdi.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.