Hindistanda məhkəmə süni intellektin saxta qərarlarını presedent kimi qəbul edib

Hindistanda birinci instansiya məhkəməsinin süni intellektlə yaradılmış saxta presedent qərarlara əsaslandığı üzə çıxıb. Ali Məhkəmə məsələ ilə bağlı araşdırmaya başlayıb.

176

Hindistanda məhkəmə sistemində ciddi qalmaqal üzə çıxıb. Məlumata görə, Andra Pradeş ştatında fəaliyyət göstərən birinci instansiya məhkəməsi 2025-ci ilin avqust ayında torpaq mübahisəsi ilə bağlı iş üzrə qərar verərkən, süni intellekt vasitəsilə yaradılmış saxta presedent qərarlara istinad edib.

Məsələ yanvar ayında qərarın Hindistan Ali Məhkəməsinə daşınması ilə üzə çıxıb. Araşdırma zamanı məlum olub ki, hökmə əsas kimi göstərilən presedent qərarlar əslində mövcud deyil. Bu fakt məhkəmə qərarlarının hazırlanmasında istifadə olunan mənbələrin etibarlılığı ilə bağlı ciddi suallar yaradıb.

Hindistan Ali Məhkəməsi hadisənin məhkəmə araşdırması və qərarvermə prosesi baxımından ciddi narahatlıq doğurduğunu bildirib. Qurum vurğulayıb ki, saxta presedentlərə əsaslanan hökm sadəcə texniki səhv kimi qiymətləndirilə bilməz və bu, vəzifədən sui-istifadə əlamətləri daşıya bilər. Bununla bağlı rəsmi araşdırmalara başlanıldığı açıqlanıb.

Qərarı qəbul edən hakim isə presedentləri araşdırmaq üçün süni intellekt alətindən istifadə etdiyini etiraf edib və məhkəməni aldatmaq və ya səlahiyyətlərini sui-istifadə etmək niyyətinin olmadığını bildirib.

Hadisə Hindistanda məhkəmə sistemində süni intellektdən istifadə qaydaları, hüquqi nəzarət mexanizmləri və rəqəmsal alətlərin məsuliyyətli tətbiqi ilə bağlı geniş müzakirələrə səbəb olub.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.