Heqset: “ABŞ bölgədən getmir, İran uranı da gündəmdədir”

ABŞ Müdafiə Naziri Pit Heqset bildirib ki, Vaşinqton Yaxın Şərqdən çıxmır və İran atəşkəsə əməl etməsə, hərbi variant yenə masada qalacaq. Reuters-ə görə, o, zənginləşdirilmiş uran ehtiyatının lazım gələrsə ABŞ tərəfindən götürülə biləcəyini də deyib.

10

ABŞ müdafiə naziri Pit Heqset Vaşinqtonun İranla əldə olunan kövrək atəşkəsdən sonra da Yaxın Şərqdə hərbi mövcudluğunu saxlayacağını bildirib.

Reuters“-in məlumatına görə, o, Pentaqondakı brifinqdə ABŞ qüvvələrinin “İranın iki həftəlik atəşkəsə əməl etməsini təmin etmək” və diplomatiya uğursuz olarsa döyüş əməliyyatlarını bərpa etməyə hazır olmaq üçün bölgədə qalacağını deyib. Eyni brifinqdə Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn də atəşkəsin “yalnız fasilə” olduğunu vurğulayıb.

Heqset İranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı da sərt mövqe sərgiləyib. O, ABŞ-ın İranın uran ehtiyatını izlədiyini bildirib və lazım gəlsə, onu “özümüz götürəcəyik” mesajı verib.

Nazir həmçinin ABŞ-ın İrana qarşı son kampaniyasını ciddi taktiki üstünlük kimi təqdim edib.

Bölgədəki müttəfiqlərin rolunu yüksək qiymətləndirən Heqset bildirib: “BƏƏ, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı və Küveyt — onların hamısı həm bizim, həm də öz obyektlərimizin və insanlarımızın müdafiəsində bizimlə çiyin-çiyinə döyüşüblər. Biz bunu qiymətləndiririk və bu koordinasiya, əlbəttə ki, davam edəcək”.

Sonda o, İran xalqı üçün yeni imkanların yarana biləcəyinə ümid etdiyini vurğulayıb: “İran xalqının bu fürsətdən yararlandığını görmək istərdim. Onlar əvvəlki rejim tərəfindən məzlum vəziyyətdə qalıblar. Bu əməliyyatda məqsədimiz bu olmasa da, indi yeni bir imkanları ola bilər”.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.