Həkim-radioloq Asif Nəsirli vəfat edib

TƏBİB həkim-radioloq Asif Nəsirlinin vəfatı ilə bağlı başsağlığı verib. Mərhum 2008-ci ildən Milli Onkologiya Mərkəzində radiasiya onkoloqu kimi çalışırdı.

102

TƏBİB rəhbərliyi və kollektivi həkim-radioloq Asif Nəsirlinin vəfatı ilə bağlı başsağlığı verib. Qurum mərhumun vaxtsız və faciəvi ölümünü tibb ictimaiyyəti üçün böyük itki adlandırıb, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı ifadə edib. Asif Nəsirli Milli Onkologiya Mərkəzində baş vermiş partlayış zamanı ağır xəsarət almışdı. 

Asif Nəsirli 1999–2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. O, 2005–2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura, 2006–2008-ci illərdə isə kliniki ordinatura pilləsini keçib.

Mərhum həkim 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində və Uşaq klinikasında radiasiya onkoloqu kimi fəaliyyət göstərib. Milli Onkologiya Mərkəzinin rəsmi məlumatında da Asif Nəsirlinin 2008-ci ildən bu vəzifədə çalışdığı qeyd olunur.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.