Həftənin günlərinin adlarının ilahi mənşəyi

Yeddi günlük həftənin günləri tarix və mifologiyadan qaynaqlanır. Bazar günü Günəşə, bazar ertəsi Aya, çərşənbə axşamı Tiw, çərşənbə Odinə, cümə axşamı Tor, cümə Freya və şənbə Saturna həsr olunub. Skandinaviya və Roma kökləri ilə bağlı maraqlı faktlar.

28

Bizim istifadə etdiyimiz yeddi günlük həftə təqvimi qədim mədəniyyətlərdən – Babil, Yunan, Roma və Skandinaviya mifologiyasından qaynaqlanır. Hər günün adı qədim tanrılar və planetlərlə əlaqələndirilir və fərqli dillərdə fərqli adlarla yaşamağa davam edir.

Adların məna ekvivalentləri Roma mifologiyası ilə əlaqədar olsa da, adların demək olar ki, hamısının kökəni qədim alman və Skandinaviya mənşəlidir.

Günlər Planet Latın İspan Fransız İtalyan
Monday Moon Dies Lunae lunes lundi lunedi
Tuesday Mars Dies Martis martes mardi martedi
Wednesday Mercury Dies Mercurii miércoles mercredi mercoledì
Thursday Jupiter Dies Jovis jueves jeudi giovedi
Friday Venus Dies Veneris viernes vendredi venerdì
Saturday Saturn Dies Saturni sábado samedi sabato
Sunday Sun Dies Solis domingo dimanche domenica

Bazar günü (Sunday)  qədim ingilis dilindəki “Sunnandæg”  sözündən yaranıb ki, bunun mənası “Günəş günü” deməkdir. Latınca isə dies solis formasında işlədilirdi. Xristanlıqda bazar günü İsanın dirilişinin qutlandığı gün olaraq qəbul edilir.

Bazar ertəsi (Monday) qədim ingilis dilindəki “Mōnandæg” sözündən götürülüb və Şimal xalqlarının mifologiyasında olan Maninin (Ay allahı) – “Sol”un (Günəşin) qardaşının şərəfinə adlandırılıb.

Çərşənbə axşamı (Tuesday) qədim ingilis dilindəki “Tīwesdæg” sözündən götürülüb və şimallıların bir əlli  duel tanrısı olan Tiw və ya  Tyr-in şərəfinə adlandırılıb. Onun Roma ekvivalenti – müharibə tanrısı Marsdır. Türkiyə türkçəsində “salı” adlanır və bu sözün, ərəbcə “üçüncü gün” anlamına gələn yevm-es-sâlisyevme’s-selâse ibarəsindən, öncə salî, sonra salı olaraq türkçəyə keçdiyi düşünülməkdədir.

Çərşənbə (Wednesday) və ya “Wōden’s day”, Skandinavların müdriklik, magiya, qələbə və ölüm allahı olan Odinin  şərəfinə adlandırılıb. Roma ekvivalenti Merkuridir. Merkuri Roma mifologiyasında tanrılar arasında mesaj aparan bir obraz kimi qəbul olunur.

Cümə axşamı (Thursday) və ya  “Thor’s day”, Skandinaviya mifologiyasında ildırım, güc və himayədarlıq tanrısı olan Torun adından götürülüb. Roma ekvivalenti Yupiterdir.

Cümə (Friday), Odinin arvadı Friggin və ya Freyanın adından götürülüb. Bəzi alimlər isə qeyd edir ki, bunlar ayrı-ayrı ilahələrdir. Roma ekvivalenti Veneradır. “Cümə” sözü ərəb dilindəki ” يوم CM’A ” “toplanmaq”, “cəm” sözündən irəli gəlir. İslam ölkələrində cümə günü qeyri-iş günüdür və insanlar kütləvi surətdə məscidlərdə namaz qılırılar. ABŞ-də cümə günü haqqında  “TGIF” —”Thank God It’s Friday” (” Sağ ol, Allah, bu gün cümədir!”) şəklində bir deyim var.

Şənbə (Saturday), alman və Skandinaviya mənşəli olmayan və Roma panteonuna daxil olan Saturnun adından götürülüb. Şənbə, Skandinaviya mifologiyasında tanrılar və insanlar arasında bir bağ olan və axirət dünyasının qoruyucusu olan nəhəng “Yggdrasil” ağacının günüdür. Qeyd edək ki, Azərbaycanca şənbə sözü yəhudi sözü olan “şabbat”dan götürülüb və bu, digər dillərə də müxtəlif oxşar formalarla (“subbota”) daxil olub.