Hansi Flikin atası vəfat etdi – lakin məşqçi kimandanın yanında olacaq

“Barselona”nın baş məşqçisi Hansi Flikin atası “Real Madrid”lə “El-Klasiko”dan bir neçə saat əvvəl vəfat edib. Buna baxmayaraq, Flikin oyunda komandanın yanında olacağı gözlənilir.

85

“Barselona”nın baş məşqçisi Hansi Flikin atası vəfat edib. Kataloniya klubu bazar günü yaydığı açıqlamada alman mütəxəssisə və ailəsinə başsağlığı verib. Klub bildirib ki, bütün “Barselona” ailəsi bu çətin anda Flikin kədərini bölüşür. 

Kədərli xəbər “Barselona” – “Real Madrid” “El-Klasiko”sundan bir neçə saat əvvəl açıqlanıb. “La Vanguardia” yazır ki, Hansi Flik xəbəri komandanın matç öncəsi toplaşdığı oteldə futbolçulara çatdırıb. Buna baxmayaraq, onun bu axşam “Real Madrid”lə qarşılaşmada ehtiyat oyunçular skamyasında olması gözlənilir.

Məlumata görə, “Barselona” futbolçuları Flikin atasının xatirəsinə qara sarğı ilə oynamaq və matçdan əvvəl bir dəqiqəlik sükut saxlamaq istəyiblər. Klub daxilində komandanın bu oyunda qələbəni baş məşqçiyə həsr etmək istədiyi bildirilir.

“GOAL”-un məlumatına görə, Flik “El-Klasiko”dan sonra ailəsinin yanında olmaq üçün Almaniyaya yollanacaq. “Barselona” hazırda La Liqada “Real Madrid”i 11 xal qabaqlayır və bu qarşılaşmada məğlub olmasa, çempionluğu rəsmiləşdirə bilər.

“Real Madrid” də Hansi Flikə başsağlığı verib. Madrid klubunun açıqlamasında Flikin atasının vəfatından dərin kədər hissi keçirildiyi, məşqçiyə və ailəsinə başsağlığı ifadə olunduğu bildirilib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.