Hakkabi “Məkkə” müdafiə sazişini təhlükə saymır

ABŞ-ın İsraildəki səfiri Mayk Hakkabi Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış “Məkkə Birgə Müdafiə Sazişi”nin regionda sabitliyi pozacağını düşünmədiyini bildirib.

43

ABŞ-ın İsraildəki səfiri Mayk Hakkabi Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında yaradılan yeni müdafiə mexanizmini regionda sabitliyi pozan amil hesab etmədiyini bildirib.

MSNews.az xəbər verir ki, Huckabee İsrailin “Channel 12” telekanalına müsahibəsində üç ölkənin təhlükəsizlik məqsədilə əməkdaşlığı gücləndirməsinin özləri üçün faydalı olduğunu düşündüklərini deyib.

“Məncə, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı təhlükəsizlik məqsədilə birləşməyin onlar üçün faydalı olacağını düşünür. Buna görə bunun sabitliyi pozan təsir göstərəcəyini düşünmürəm. Görünür, onların hər hansı münaqişəyə başlamaq niyyəti yoxdur”, – səfir bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan daha əvvəl razılaşmanın kollektiv müdafiə baxımından NATO-nun 5-ci maddəsinə texniki olaraq bənzədiyini, lakin İran və ya başqa ölkəyə qarşı yaradılmadığını açıqlamışdı. “Reuters” həmçinin Ankaranın gələcəkdə digər regional ölkələrin də bu mexanizmə qoşulmasına açıq olduğunu bildirib.