Ən prestijli musiqi mükafatlarından biri olan “Grammy” mükafatlarının 2026-cı il mərasimini aparan komediyaçı Trevor Noahın çıxışı ABŞ Prezidenti Donald Tramp və keçmiş maliyyəçi Ceffri Epşteyn ilə bağlı etdiyi zarafat səbəbindən qalmaqala çevrilib.
Noah “İlin mahnısı” mükafatını qazanan Billi Eilişi təbrik edərkən “Bütün sənətçilərin istədiyi bu “Grammy”, demək olar ki, Trampın Qrenlandiyanı istədiyi qədər olardı; Epşteyn adası artıq olmadığı üçün o, Bill Klintonla gəzmək üçün yeni ada axtarır” deyərək auditoriyanı güldürüb.
Lakin bu ifadələr Trampı qəzəbləndirib və o, sosial mediada Trevor Noah-ı sərt tənqid edib, çıxışı “yalan və böhtan” adlandıraraq, özü və Bill Klintonun belə bir yerdə olmadığını vurğulayıb. Tramp Noahı “tam bir məğlub”, “bacarıqsız” adlandıraraq onun barəsində hüquqi addımlar atacağını, vəkillərini göndərəcəyini də bildirmişdir. Bu hadisə həm mədəniyyət dünyasında, həm də ictimai mediada geniş müzakirələrə səbəb olub və prezidentlə məşhur aparıcı arasında media və hüquq müstəvisində gərginlik yaratmışdır.