“Google” meneceri “BBC”-yə rəhbər təyin olundu

"BBC"-nin yeni baş direktoru Mett Brittin oldu. O, əvvəllər "Google"-da yüksək vəzifə tutub.

8

Britaniyanın ictimai yayım qurumu “BBC” yeni baş direktorun adını açıqlayıb. Bu vəzifəyə Mett Brittin təyin olunub.

Brittin daha əvvəl “Google” şirkətində Avropa, Yaxın Şərq və Afrika üzrə biznes əməliyyatlarına rəhbərlik edib. O, bu vəzifədə may ayından etibarən fəaliyyətə başlayacaq.

“BBC” rəhbərliyi bildirib ki, təşkilat hazırda ciddi dəyişikliklər mərhələsindədir və yeni direktor bu islahatlara rəhbərlik edəcək. Qurum son dövrlərdə həm auditoriya itkisi, həm də rəqəmsal platformalarla rəqabət səbəbindən təzyiq altındadır.

Bununla yanaşı, “BBC” ABŞ prezidenti Donald Tramp tərəfindən qaldırılan 10 milyard dollarlıq məhkəmə iddiası ilə də üz-üzədir. İddia, Trampın çıxışının təqdim edilməsi zamanı məlumatların yanlış montaj edilməsi ilə bağlıdır.

Yeni rəhbər Mett Brittin bildirib ki, “BBC” üçün bu dövr həm risk, həm də imkan mərhələsidir və qurumun gələcəkdə daha çevik və müasir media platformasına çevrilməsi əsas hədəf olacaq.

Ekspertlər qeyd edir ki, Brittinin texnologiya sektorundakı təcrübəsi “BBC”-nin rəqəmsal transformasiyasına ciddi təsir göstərə bilər.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
25 mart 2026