“Global Firepower”ın 2026-cı il üçün açıqladığı “Military Aircraft Fleet Strength by Country” reytinqinə əsasən, Azərbaycan dünyanın ən böyük hərbi hava parkına malik ölkələri arasında 53-cü yerdə qərarlaşıb. Siyahıda Azərbaycanın ümumi hərbi aviavasitələrinin sayı 159 göstərilib.
Reytinqə ABŞ 13032 aviavasitə ilə başçılıq edir. İkinci yerdə 4 237 aviavasitə ilə Rusiya, üçüncü yerdə 3 529 ilə Çin, dördüncü yerdə isə 2 183 ilə Hindistan qərarlaşıb.
“Global Firepower” qeyd edir ki, bu siyahıda yalnız Hərbi Hava Qüvvələri deyil, ordunun digər qollarına aid sabitqanadlı və helikopter tipli platformalar da nəzərə alınır.
Region ölkələri arasında Türkiyə 1101 aviavasitə ilə 8-ci, İran 551 aviavasitə ilə 21-ci, Ermənistan isə 69 aviavasitə ilə 75-ci yerdə göstərilib.