General Antonio Aquto məxfi müharibə xəritələrini qatarda unutdu

ABŞ ordusunun generalı Antonio Aquto qatarda məxfi hərbi xəritələr olan çantanı unutdu. Hadisə təhlükəsizlik baxımından ciddi müzakirələrə səbəb olub.

23

ABŞ ordusunun istefada olan generalı Antonio Aquto ilə bağlı qalmaqallı hadisə ABŞ mediasında gündəmə gəlib. Məlumata görə, general Kiyevə səfər edərkən qatarda yanında olan çantada məxfi hərbi xəritələr və müharibə planlarını unudub.

Bildirilir ki, çantanın içində ABŞ ordusunun mümkün hərbi əməliyyat ssenariləri və strateji xəritələrə dair sənədlər olub. Sənədlər qatarda tapıldıqdan sonra məsələ təhlükəsizlik orqanlarına bildirilib.

Hadisə hərbi məlumatların qorunması ilə bağlı ciddi müzakirələrə səbəb olub. Ekspertlər qeyd edirlər ki, bu cür sənədlərin itirilməsi və ya üçüncü şəxslərin əlinə keçməsi milli təhlükəsizlik baxımından ciddi risk yarada bilər.

ABŞ mediasında yayılan məlumatlarda generalın alkoqol problemi olduğu və hadisə zamanı sərxoş vəziyyətdə ola biləcəyi iddia edilir. Hadisə ilə bağlı araşdırmaların aparıldığı bildirilib.

Analitiklər hesab edir ki, belə hadisələr hərbi sənədlərin qorunması və təhlükəsizlik prosedurlarının daha da sərtləşdirilməsi məsələsini yenidən gündəmə gətirir.