Füzulidə Araz çayı boyunca güclü yanğın başlayıb

Füzulinin Mollaməhərrəmli və Seyidəhmədli kəndləri istiqamətində açıq ərazidə güclü yanğın başlayıb. Əraziyə yanğınsöndürən qüvvələr cəlb olunub.

121

Füzuli rayonunun Mollaməhərrəmli və Seyidəhmədli kəndləri istiqamətində, Araz çayı boyunca yerləşən açıq ərazidə güclü yanğın başlayıb.

MSNews.az xəbər verir ki, “APA”-nın Qarabağ bürosunun məlumatına görə, alov ətraf yaşayış məntəqələrindən də aydın görünür.

Yanğının söndürülməsi üçün hadisə yerinə Füzuli və Cəbrayıl rayonlarının yanğından mühafizə bölmələrinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının səbəbi və əhatə etdiyi ərazi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.