“Fox Sports” Dünya Kuboku oyunlarını izləmək üçün 50 min dollar ödəyəcək

"Fox Sports" və "Indeed" 2026-cı il Dünya Kuboku üçün “Chief World Cup Watcher” vakansiyası elan edib. Seçilən şəxs Tayms-skverdəki şüşə ofisdə 104 oyunu izləyəcək və 50 min dollar qazanacaq.

“Fox Sports”, “Fox One” və iş axtarış platforması “Indeed” 2026-cı il futbol üzrə Dünya Kuboku üçün qeyri-adi vakansiya elan edib. Şirkət “Chief World Cup Watcher” — “Dünya Kubokunun baş tamaşaçısı” vəzifəsinə bir nəfər seçəcək. Seçilən şəxs turnirin bütün 104 oyununu Nyu-Yorkun Tayms-skver meydanında qurulacaq xüsusi şüşə ofisdən izləyəcək. 

Məlumatı “Fox Sports”-a istinadən təqdim edirik.

Rəsmi məlumata görə, iş üçün ödəniş 50 min dollar təşkil edir. Bu isə 104 oyun üzrə hesablandıqda təxminən hər matça 480 dollar deməkdir. Namizəd oyunları “Fox One” platformasında 4K formatında izləməli, eyni zamanda sosial şəbəkələr üçün məzmun hazırlamalı və Dünya Kuboku atmosferini izləyicilərlə bölüşməlidir.

“Fox Sports”-un açıqlamasında bildirilir ki, 2026-cı il Dünya Kuboku tarixdə ən böyük turnir olacaq və buna görə də şirkət “tarixi turnirə uyğun tarixi iş” yaratmaq qərarına gəlib. Seçiləcək şəxs Tayms-skverin mərkəzində minlərlə turist və şəhər sakininin gözü qarşısında oyunları izləyəcək, reaksiyalarını və azarkeş təcrübəsini paylaşacaq.

Müraciətlər Indeed” üzərindən qəbul olunur. “Fox Sports”-un press-relizinə əsasən, namizədlər 17 maya qədər “Indeed” profilini yeniləməli və öz idman sevgisini, yaradıcılığını və sosial media bacarıqlarını göstərməlidirlər. Seçilən namizədin adı 6 iyunda “Fox”-un “Boston Red Sox” – “New York Yankees” MLB yayımı zamanı açıqlanacaq.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.