FIFA Haykinin Norveç millisində oynamasına icazə vermədi

FIFA Nikita Haykinin Norveç millisində oynamaq müraciətini rədd edib. Qərara səbəb qapıçının 2023-cü ildə “Bristol City”yə keçidi ilə beş illik fasiləsiz yaşayış tələbini pozması göstərilir.

FIFA “Budo-Qlimt” klubunun qapıçısı Nikita Haykinin Norveç millisinə keçid müraciətini rədd edib. Norveç mediasının NTB-yə istinadən yaydığı məlumata görə, 30 yaşlı qapıçı Norveç vətəndaşlığı almasına baxmayaraq, FIFA-nın milli komanda dəyişiklikləri ilə bağlı tələblərinə cavab verməyib. 

Əsas problem FIFA qaydalarında göstərilən beş illik fasiləsiz yaşayış tələbi ilə bağlıdır. Qaydaya görə, futbolçu 18 yaşından sonra yeni ölkənin yığmasında oynamaq istəyirsə, həmin ölkədə ən azı beş il fasiləsiz yaşamalıdır. Haykin 2019-cu ildən Norveçdə çıxış etsə də, 2023-cü ilin yanvarında İngiltərənin “Bristol City” klubuna keçib və martda yenidən “Budo-Qlimt”ə qayıdıb. Nəşrin yazdığına görə, FIFA qaydalarında başqa federasiyaya bağlı kluba keçid bu yaşayış müddətini kəsilmiş sayır və hesablamanı yenidən başladır.

Haykin apreldə Norveç vətəndaşlığı almışdı və bu, onun 2026-cı il dünya çempionatında Norveç millisinin heyətinə düşə biləcəyi barədə gözləntilər yaratmışdı. “Reuters” həmin vaxt yazırdı ki, vətəndaşlıq qapıçının milli komandaya çağırılması üçün yol aça bilər, lakin bunun üçün FIFA-nın ayrıca təsdiqi lazım idi.

Norveç Futbol Federasiyası məsələnin tam bağlanmadığını bildirir. Federasiyanın kommunikasiya direktoru Raqnhild Ask Konnell “NTB”-yə açıqlamasında FIFA ilə dialoqun davam etdiyini və əlavə məlumat olduqda paylaşılacağını deyib. FIFA isə “VG”-nin sorğusuna cavab olaraq məsələni şərh etmək istəməyib.

Norveç millisinin baş məşqçisi Stole Solbakken bu qərara müəyyən qədər hazır olduqlarını bildirib. Onun sözlərinə görə, Haykin FIFA tərəfindən təsdiqlənmədiyi müddətdə dünya çempionatı üçün ilkin siyahıya daxil edilə bilməz. “VG”-nin məlumatına görə, mövcud qaydalara əsasən, Haykin ən tez 2028-ci il Avropa çempionatı ərəfəsində Norveç üçün oynamaq hüququ qazana bilər.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.