“Fənərbağça” Bakıda “Turan Tovuz”u məğlub etdi

Bakıda keçirilən yoldaşlıq oyununda “Fənərbağça” “Turan Tovuz”a 2:0 hesabı ilə qalib gəlib. Qolları N'Qolo Kante və Çağrı Balta vurublar.

61

“Turan Tovuz” və Türkiyənin “Fənərbağça” klubu arasında Bakıda keçirilən yoldaşlıq görüşü İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşma oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib. 

MSNews.az xəbər verir ki, ilk hissədə hesab açılmayıb. “Fənərbağça”nın futbolçusu Meyson Qrinvud 32-ci dəqiqədə qırmızı vərəqə alsa da, komandalar arasındakı əvvəlcədən razılaşmaya əsasən onun əvəzinə Adnan Fettahoğlu meydana daxil olub.

İkinci hissədə Türkiyə təmsilçisi üstünlüyünü qola çevirib. 60-cı dəqiqədə N’Qolo Kante hesabı açıb, 74-cü dəqiqədə Çağrı Balta isə ikinci qolu vuraraq yekun nəticəni müəyyənləşdirib — 0:2.

Matç xeyriyyə xarakteri daşıyıb. Bilet satışından əldə olunan gəlirin xeyriyyə məqsədlərinə yönəldiləcəyi bildirilib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.