Fed banklar üçün stres testinin ssenarilərini açıqladı

ABŞ Mərkəzi Bankı (Fed) 32 iri bankın dərin qlobal resessiya şəraitində dayanıqlığını ölçmək üçün stres testi ssenarilərini yekunlaşdırdığını bildirib.

156

ABŞ Mərkəzi Bankı (Fed) iri bankların ciddi resessiya şəraitində necə fəaliyyət göstərəcəyini qiymətləndirmək məqsədilə aparılan stres testləri üçün nəzərdə tutulan fərziyyə ssenarilərini yekunlaşdırdığını açıqlayıb.

Fed-in yaydığı bəyanatda bildirilib ki, yekun ssenarilər ötən ilin oktyabrında təklif edilən variantlarla böyük ölçüdə oxşarlıq təşkil edir. Açıqlamaya görə, bu il 32 bankın kommersiya və yaşayış daşınmaz əmlak bazarlarında, eləcə də korporativ borc bazarlarında artan gərginliyin müşayiət olunduğu ciddi qlobal resessiya şəraitində dayanıqlığı sınaqdan keçiriləcək.

Cari ssenariyə əsasən, ABŞ-da işsizlik səviyyəsinin təxminən 5,5 faiz bəndi artaraq 10 faizə yüksələcəyi, bu artımı isə kəskin bazar dəyişkənliyi, korporativ istiqrazların gəlir fərqlərinin genişlənməsi və aktiv qiymətlərində ciddi enişin müşayiət edəcəyi qeyd olunur.

Eyni zamanda, yaşayış evlərinin qiymətlərinin təxminən 30 faiz, kommersiya daşınmaz əmlak qiymətlərinin isə 39 faiz azalacağı proqnozlaşdırılır. Fed həmçinin mövcud stres kapital buferi tələblərinin 2027-ci ilə qədər qorunub saxlanılmasına qərar verildiyini də açıqlayıb.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.