“Facebook” və “Instagram”-da nasazlıq qeydə alınıb

"Facebook" və "Instagram" istifadəçiləri platformaların işində nasazlıqlar barədə məlumat veriblər. Şikayətlər əsasən tətbiq, lent və server bağlantısı problemləri ilə bağlıdır.

77

“Facebook” və “Instagram” istifadəçiləri sosial şəbəkələrin işində nasazlıqlar barədə məlumat veriblər.

MSNews.az xəbər verir ki, “Downdetector” platformasında “Instagram”-la bağlı son 24 saat ərzində istifadəçi şikayətləri qeydə alınıb. Şikayətlər əsasən tətbiqin işləməməsi, lentin yenilənməməsi və server bağlantısı problemləri ilə bağlıdır.

Facebook üzrə də “Downdetector” səhifəsində istifadəçilərin giriş, şərh yazma və səhifələrin yüklənməsi ilə bağlı problemlərdən şikayət etdikləri görünür.

Bununla belə, “Meta”-nın rəsmi status səhifəsində hələlik “Facebook” və “Instagram” üzrə genişmiqyaslı nasazlıq barədə ayrıca təsdiqedici açıqlama yerləşdirilməyib.

Problemin səbəbi və neçə istifadəçini əhatə etdiyi hələlik məlum deyil. Meta tərəfindən rəsmi açıqlama veriləcəyi təqdirdə məlumat yenilənəcək.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.