FA Kubokunun son qalibi “Kristal Peles” gözlənilmədən uduzdu – SENSASİYA

FA Cup tarixində nadir sürpriz: "non‑league" "Maklesfild" klubu özündən 117 pillə yuxarıda qərarlaşan FA Cup sahibi "Kristal Peles"i 2‑1 hesabı ilə məğlub edərək turnirdən kənarlaşdırdı. Bu, turnirin ən böyük “giant‑killing” hadisələrindən biridir.

53

İngiltərənin məşhur FA Cup turnirində tarixi bir hadisə baş verib. Hazırkı kubok sahibi “Kristal Peles” mərhələnin üçüncü turunda liqa iştirakçısı olmayan (non‑league) “Maklesfild”-ə  1-2 hesabı ilə məğlub olaraq, yarışdan kənarlaşdırılıb. Bu, FA Cup tarixində ən böyük sürprizlərdən biri sayılır.

“Maklesfild” bu qələbəni 117 pillə yüksək səviyyədə çıxış edən bir komandaya qarşı qazandı – bu, İngiltərə futbol piramidasında ən böyük səviyyə fərqidir. Komandanın qollarını Pol Douson və Ayzek Bakli‑Rikets vurub. Peles, yalnız Yeremi Pinonun 90‑cı dəqiqədəki cərimə zərbəsi ilə fərqi azaltmağı bacarıb.

Bu nəticə ilə Maklesfild, 1909‑cu ildən bəri FA Cup sahibini “non‑league” komandasına mğıub etdirən ilk klub oldu. Həmin vaxtda “Kristal Peles” özü də oxşar durumda “Vulverhempton Uonderers”i məğlub etmişdi.

Maklesfildin baş məşqçisi Con Runi – keçmiş futbolçu və Ueyn Runinin kiçik qardaşı – bu qələbəni “inanılmaz və unudulmaz an” kimi dəyərləndirib, komandasının mübarizəsini yüksək qiymətləndirib.