Qazaxıstan şirkəti Ermənistanın Azərbaycan və Türkiyə sərhədlərinə gedən dəmir yolları ilə maraqlanır

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Qazaxıstandan bir şirkət Axurik və Yerasx dəmir yolu hissələrinin bərpasına maraq göstərir. Məsələ Rusiya Dəmir Yollarının rəhbəri ilə də müzakirə olunacaq.