İlham Əliyev Çinin XİN rəhbərini qəbul edib

Prezident İlham Əliyev Çinin xarici işlər naziri Vanq Yini qəbul edib. Görüşdə Azərbaycan–Çin strateji tərəfdaşlığı, Orta Dəhliz, “Bir kəmər, bir yol” təşəbbüsü, investisiyalar və bərpaolunan enerji sahəsində əməkdaşlıq müzakirə edilib.

Çin İranın suverenliyini qorumaq səylərini dəstəklədiyini açıqladı

Çin xarici işlər naziri Van İ Pekində iranlı həmkarı Abbas Araqçi ilə görüşüb. Pekin İranın suverenliyini və təhlükəsizliyini qorumaq səylərini dəstəklədiyini, Tehranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnu tanıdığını bildirib.