Bakıda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib

Bakının Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobil yandırılıb. Polis hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Fuad İbrahimovu saxlayıb. Faktla bağlı cinayət işi başlanılıb.