İlham Əliyev Gürcüstana dövlət səfərinə gəlib
Prezident İlham Əliyev aprelin 6-da Gürcüstana dövlət səfərinə gəlib. Tbilisi hava limanında dövlət başçısını və birinci xanım Mehriban Əliyevanı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili qarşılayıb.