ABŞ 75 ölkə üçün viza prosedurlarını dayandırır

ABŞ Dövlət Departamenti Tramp administrasiyasının miqrasiya siyasəti çərçivəsində 75 ölkədən olan müraciətçilər üçün immiqrant vizalarının verilməsini müvəqqəti dayandırdığını açıqlayıb. Qərar “ictimai yük” riski ilə əsaslandırılır və yanvarın 21-dən qüvvəyə minəcək.