İran: ABŞ İsfahandakı uranı ələ keçirmək istəyib
İran XİN sözçüsü İsmail Baqai ABŞ-ın F-15E ekipajını xilasetmə əməliyyatının əsl məqsədinin İsfahandakı zənginləşdirilmiş uranı ələ keçirmək ola biləcəyini iddia edib. ABŞ tərəfi bunu təsdiqləməyib.
ABŞ ikinci pilotu da xilas etdi
ABŞ İran üzərində vurulan F-15E təyyarəsinin ikinci ekipaj üzvünü də xüsusi əməliyyatla xilas etdiyini açıqlayıb. "Reuters" əməliyyatın yüksək risk altında keçirildiyini yazır.