Norveç ordusunda təhlükəsizlik qalmaqalı: Çin avtomobilləri hərbi sirləri kameraya çəkib
Norveçdə hərbi təlimlər zamanı icarəyə götürülmüş Çin istehsalı avtomobillərin əsgərlərin hərəkətlərini və hərbi obyektlərin təhlükəsizlik kodlarını qeydə aldığı aşkarlanıb. Hərbçilər riskə baxmayaraq avtomobillərdən istifadəni davam etdiriblər.