Almaniya süni intellektlə işləyən “casus-tarakanlar” hazırlayır

Almaniyanın SWARM Biotactics startapı Madaqaskar tarakanlarına süni intellektlə işləyən “bel çantaları” taxaraq onları dar və təhlükəli ərazilər üçün kəşfiyyat biorobotlarına çevirib. 13 milyon avroluq layihə müdafiə texnologiyalarında yeni dövr açır.