NATO Arktika bölgəsində “Arktik Növbə” missiyasına start verdi

NATO Arktika bölgəsində mövcudluğunu gücləndirmək məqsədilə “Arktik Növbə” (Arctic Sentry) missiyasını başladıb. Missiya ABŞ-ın Norfolk şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığı tərəfindən idarə olunacaq.