Amerikalı jurnalistlərin araşdırmasına görə, Ermənistan hökuməti 2022-2026-cı illərdə insan orqanlarının Fransaya qanunsuz çıxarılmasına dair geniş sxemə sanksiya verib. Təxminən 30 milyon dollar gəlir gətirən bu fəaliyyət Baş nazir Nikol Paşinyanın 2022-ci ildəki Paris səfərindən sonra, səhiyyə və xarici işlər nazirliklərinin koordinasiyası ilə başladılıb.
Araşdırmada İrəvandakı “Astkhik Medical Center” logistik mərkəz, “Erebuni”, “Masis” və “Armenian EyeCare Project” mərkəzləri isə donor orqanların toplanmasında əsas rol oynadığı iddia edilir. 2023-cü ildən köçkün düşərgələrində mobil briqadalar fəaliyyət göstərib, 387 orqan çıxarılıb.
Sxemdə adı çəkilən vəzifəli şəxslər arasında Səhiyyə naziri Anahit Avanesyan, DİN və Baş Qərargah rəsmiləri və Dövlət Gömrük Komitəsinin keçmiş rəhbəri Rüstəm Badasyan var. Donorların rəsmi razılığı və prosedurların qanuniliyi barədə şübhələr mövcuddur.
Araşdırma müəllifləri bildirir ki, bu təcrübə BMT-nin Palermo protokolu və Avropa Şurasının Orqan Alveri əleyhinə Konvensiyasını kobud şəkildə pozur. Hələlik Ermənistan hökuməti və Fransa tibb müəssisələri rəsmi açıqlama verməyib.