Epşteyn sənədlərində Piqgi Siqalın e-poçtu gündəm oldu

Epşteyn işi üzrə açıqlanan yeni sənədlərdə məşhur tanıtımçı Piqgi Siqalın Keniyadan Epşteynə göndərdiyi e-poçt diqqət çəkib.

51

ABŞ-da azyaşlı qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə həbsdə olarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə bağlı açıqlanan yeni sənədlərdə məşhur tanıtımçı Piqgi Siqalın Epşteynə göndərdiyi elektron məktub xüsusi diqqət çəkib.

ABŞ Ədliyyə Nazirinin müavini Todd Blanş Epşteyn işi üzrə üç milyondan çox yeni sənədin ictimaiyyətə təqdim edildiyini açıqladıqdan sonra dərc olunan materiallarda Siqalın Keniyaya səfəri ilə bağlı yazışmaları üzə çıxıb. Sənədlərə görə, Piqgi Siqal Epşteynə göndərdiyi e-poçtda Keniyanın paytaxtı Nayrobiyə getdiyini bildirir və səfər marşrutu barədə məlumat verərək ona “başqa bir həyat təcrübəsi” yaşatdığı üçün təşəkkür edir, eyni zamanda “Maasay döyüşçüləri bizi yeməsə, somalili quldurlar yeyər” kimi ironik ifadələrdən istifadə edir.

Yazışmalarda ən çox diqqət çəkən məqam isə Siqalın Epşteynə “Sənin üçün bir və ya iki kiçik körpə gətirə bilərəm. Qız yoxsa oğlan? Tam Madonna kimi” ifadəsini işlətməsi olub. Yeni sənədlərdə, həmçinin ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp haqqında çəkilmiş sənədli filmin rejissoru Brett Ratnerin Epşteynlə birlikdə görüntüləndiyi fotoşəkillər də yer alıb.

Həmin fotolarda Ratnerin Epşteyn və kimliyi açıqlanmayan iki qadınla birlikdə divanda qucaqlaşaraq oturduğu görünür, lakin görüntülərin hansı tarixdə çəkildiyi barədə məlumat verilməyib. Piqgi Siqal və Brett Ratner yayımlanan sənədlərlə bağlı hər hansı açıqlama verməyib.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.