ABŞ-da azyaşlı qızlara qarşı fahişəlik şəbəkəsi qurmaqda ittiham olunan və həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin intihar etdiyi iddia edilən gecəyə aid yeni kamera görüntülərində “narıncı geyimli” bir şəxsin nərdivanda göründüyü müəyyən edilib. Bu, əvvəlki rəsmi hesabatlarla üst-üstə düşmür və ölüm hadisəsinə dair yeni suallar doğurur.
“CBS” kanalı mütəxəssislərinin analizinə əsaslanan xəbərlərdə bildirilir ki, 2019-cu il 9 avqustda saat 22:39 radələrində Epşteynin kamerasının olduğu məkana doğru nərdivanlardan narıncı rəngli geyimdə olan bir şəxsin yuxarı qalxdığı müşahidə edilib.
Bu detallar Federal Təhqiqatlar Bürosunun (FBI) əvvəlki hesabatları ilə ziddiyyət təşkil edir. FTB-nin rəsmi sənədlərində həmin mərtəbədə yalnız bir nəfər olduğu və başqa heç kimin olmadığı iddia olunurdu.
Yeni paylaşılan görüntülər və sənədlər Epşteynin gecə vaxtı kamera yaxınlığında qeydə alınan fəaliyyətlərlə bağlı daha çox sual meydana çıxarır. Məlumatlara görə, həmin gecə növbətçi işçilərdən heç birinə kameradakı narıncı geyimli şəxs haqqında sual verilməyib.
Epşteynin kiçik qardaşı Mark Epşteyn uzun müddətdir qardaşının intihar etmədiyini, onun cinayətə qurban getdiyini iddia edib.