Epşteyn işi: Gizli seyflərdə açıqlanmamış kompromat ola bilər

"The Daily Telegraph" Epşteyn işi üzrə bəzi kompromat materiallarının ABŞ-da açılmamış gizli seyflərdə saxlanıla biləcəyini yazır. "The Times" isə Böyük Britaniyada uçuş məlumatlarının itirildiyini bildirir.

35

ABŞ-da maliyyəçi Ceffri Epşteynlə bağlı istintaq çərçivəsində yeni iddialar gündəmə gəlib. “The Daily Telegraph” yazır ki, Epşteyn işi üzrə müəyyən kompromat materialları ABŞ hakimiyyət orqanları tərəfindən indiyədək açılmamış gizli seyflərdə saxlanıla bilər.

Qəzetin məlumatına görə, Epşteyn amerikalı müstəntiqlərdən kompüterlər və fotoşəkillər gizlətmək məqsədilə ABŞ ərazisinin müxtəlif ştatlarında icarəyə götürülmüş anbarlardan istifadə edib. O, Floridadakı evindən avadanlıqların çıxarılması üçün özəl detektivlərə ödəniş edib və bununla da sübutların istintaq tərəfindən müsadirə olunmasının qarşısını almağa çalışıb.

Sənədlər göstərir ki, Epşteyn ən azı altı müxtəlif ştatda anbar icarəyə götürüb və həmin yerlərdə onun iqamətgahlarından, o cümlədən Litl Sent Ceyms adasındakı rezidensiyadan çıxarılan kompüterlər saxlanılıb. Jurnalistlərin araşdırdığı axtarış orderlərinə baxmayaraq, ABŞ hüquq-mühafizə orqanlarının bu anbarlarda reyd keçirmədiyi bildirilir. Bu isə Epşteyn və onun ətrafı ilə bağlı indiyədək açıqlanmamış materialların mövcud ola biləcəyi ehtimalını artırır.

Eyni zamandaThe Times” xəbər verir ki, “Royal Air Force” Epşteynin təxminən 20 il əvvəl həyata keçirdiyi uçuşlarla bağlı məlumatların bir hissəsini itirib. Qeyd olunur ki, hava hərəkətinin idarə olunmasına dair bəzi sənədlər cəmi iki il saxlanılır, halbuki Böyük Britaniyada kommersiya aviaşirkətlərinin uçuş sənədləri adətən 6–7 il ərzində arxivləşdirilir.