Epşteyn gənc qızları necə tələyə salırdı? – YENİ İDDİALAR

Yeni açıqlanan Epşteyn sənədlərində milyarder pedofilin gənc qızları müxtəlif vədlərlə şəbəkəsinə necə cəlb etməsi və reşit olmayan qızların istismar şəbəkəsinə daxil olması iddiaları yer alıb.

34

ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan milyonlarla səhifəlik yeni Epşteyn sənədlərində, milyarder pedofilin gənc qızları istismar şəbəkəsinə necə cəlb etdiyi ilə bağlı çarpıcı iddialar yer alıb.

“The New York Times” və digər mənbələrə görə, Epşteyn qızları müxtəlif vədlərlə öz çevrəsinə gətirib, onları “masaj”, təhsil dəstəyi və ya karyera imkanları təklif edərək cəlb edirdi. Gənc və həssas qızlara pul, təhsil və yaxud modellik imkanları vədləri verərək onları öz evinə və xüsusi məkanlara gətirirdi; sonra isə bu şəbəkəyə qoşulmalarını təmin edirdi.

Bu yanaşma, zərərçəkənləri asanlıqla asılı vəziyyətə salmaq üçün pul, hədiyyələr və gələcəkdə “faydalar” təklif etməyə əsaslanır və qurbanların etibarını qazanmaqla başlayır. Epşteynin şəbəkəsi, həmçinin bu qızların digər dost və tanışlarını da “çevrəyə” çəkmə üsulundan istifadə edərək öz təsir dairəsini genişləndirirdi.

Yeni sənədlərdə 15-17 yaş arası yetkinlik yaşına çatmayan gənc qızların Avropa və Türkiyə daxil olmaqla bir sıra ölkələrdən daşıdığına dair iddiaların yer aldığını göstərir. Belə iddialara görə, ingilis dili bilməyən və daha həssas vəziyyətdə olan qızların xüsusi təyyarələrlə götürüldüyü və istismar adalarına gətirildiyi iddia edilir.

Bu iddialar ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan yeni “Epşteyn Dosyelərı” çərçivəsində gündəmə gəlmiş, dünya ictimaiyyətində geniş müzakirələrə səbəb olmuşdur.