Epşteyn dosyesi: Türkiyəyə 9 səfər və 200 milyon dollar transfer iddiası

İYİ Parti rəsmisi Turhan Çömez Epşteynin Türkiyəyə 9 dəfə gəldiyini və şəxsi hesabından 200 milyon dollar pul göndərdiyini iddia edib. Ankara Baş Prokurorluğu araşdırma aparır.

12

Amerikalı milyarder Cefri Epşteynə aid yeni açıqlanan sənədlərə istinadla, İYİ Parti Qrup Başkanvekili Turhan Çömez Epşteynin 9 dəfə Türkiyəyə gəldiyini və şəxsi bank hesabından 200 milyon dollar transfer etdiyini iddia edib.

Çömez bu fikirləri “Halk TV”-də Ekrem Açıkel proqramında söyləyib və Epşteyn dosyesində “Türkiyədən qız uşaqlarının qaçırılıb Epşteynin adasına aparılması” ilə bağlı məlumatın olduğunu bildirib.

Bu iddialar əsasında Ankara Cumhuriyyət Baş Prokurorluğu yeni bir araşdırma başladıb. Baş Prokurorluq açıqlanan sənədlərdə Türkiyə ilə bağlı iddiaları da araşdırmaq üçün işə qoşulduğunu söyləyib.

Qeyd edək ki, ABŞ Əsliyyə Nazirliyi tərəfindən açıqlanan milyonlarla səhifəlik Epşteyn sənədləri dünya miqyasında siyasi və iş adamlarının adlarının keçməsi ilə geniş rezonans doğurub.

Epşteyn 2019-cu ildə yetkinlik yaşına çatmayan şəxslərlə əlaqədar istintaq altında olduğu sırada Nyu Yorkda hələ həbsdə olarkən ölü tapılmışdı. Bu dosyelərin açıqlanması son illərin ən böyük araşdırma sənədlərindən biri sayılır və çoxsaylı yeni iddialara əsas verir.