Epşteynin qalmaqallı alış-veriş siyahısı açıqlanıb

Yeni açıqlanan sənədlərə görə Ceffri Epşteyn uzun illər ərzində minlərlə onlayn sifariş verib. Alış-veriş siyahısı ictimaiyyətdə müzakirələrə səbəb olub.

40

ABŞ-da məhkum olunmuş və 2019-cu ildə saxlandığı kamerada intihar etdiyi iddia edilən maliyyəçi Ceffri Epşteyn ilə bağlı yeni sənədlər ictimaiyyətə açıqlanıb. Sənədlərdə onun illər ərzində etdiyi çoxsaylı onlayn alış-veriş sifarişləri yer alır.

Açıqlanan məlumatlara əsasən, Epşteyn 2014–2019-cu illər arasında məşhur elektron ticarət platforması vasitəsilə minlərlə məhsul sifariş edib. Ən çox diqqət çəkən məqam onun sifariş etdiyi malların tərkibidir. Siyahıda təhsil yaşında qızlara uyğun geyim parçaları, uşaq məhsulları, müxtəlif kostyumlar, bəzək və performans artırıcı əşyalar, dəri qırbaçlar, striptiz dirəyi və kiçik ölçülü kameralar da daxil olmaqla çoxsaylı qeyri-adi və narahatedici məhsullar yer alıb.

Məlumata görə, sifariş edilən bəzi məhsulların xarakteri onun əvvəllər barəsində irəli sürülən ittihamlarla bağlı şübhələri yenidən gündəmə gətirib. Bununla belə, hüquqşünaslar bildirirlər ki, təkcə alış-veriş qeydləri cinayət sübutu hesab edilmir və bu məlumatlar ümumi istintaq materiallarının bir hissəsi kimi qiymətləndirilir.

Xatırladaq ki, Epşteyn azyaşlılara qarşı cinsi istismar və insan alveri ilə bağlı ittihamlar əsasında həbs olunmuşdu. Onun işi ilə bağlı sənədlər və əlaqəli şəxslər barədə məlumatlar beynəlxalq mediada mütəmadi olaraq müzakirə olunur.