Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ədliyyə Akademiyası barədə sərəncam imzalayıb.
Sərəncama görə, Şahin Məhərrəm oğlu Əliyev Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib. Digər sərəncama əsasən, Rövşən Rəhim oğlu İsmayılov Ədliyyə Akademiyasının yeni rektoru təyin olunub. Hər iki sərəncam imzalandığı gündən qüvvəyə minib.