Əbu Dabidə Ukrayna–ABŞ–Rusiya üçtərəfli danışıqları 4–5 fevralda keçiriləcək

 Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna, ABŞ və Rusiya arasında aparılan üçtərəfli danışıqların 4–5 fevral tarixlərində BƏƏ-nin paytaxtı Abu Dabidə davam edəcəyini açıqlayıb.

45

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna, ABŞ və Rusiya arasında aparılan üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə 4–5 fevral tarixlərində davam edəcəyini bildirib.

Zelenski bu barədə sosial media hesabında paylaşım edərək, müharibənin dayandırılması istiqamətində aparılan diplomatik proseslə bağlı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovdan məlumat aldığını qeyd edib.

Prezident vurğulayıb ki, Ukrayna əsaslı və məzmunlu müzakirələrə hazırdır və məqsəd müharibənin real və ləyaqətli şəkildə sona çatmasına yaxınlaşdıran nəticələr əldə etməkdir. Onun sözlərinə görə, Kiyev bu danışıqlarda formal proses deyil, konkret irəliləyiş yaradan qərarların qəbul olunmasında maraqlıdır.

Qeyd edək ki, üçtərəfli müzakirələrin tarixi daha əvvəl dəyişdirilmişdi. Zelenski yanvarın 26-da ABŞ, Ukrayna və Rusiya arasında növbəti görüşlərin fevralın 1-də keçiriləcəyini açıqlamışdı. Lakin yanvarın 30-da keçirdiyi mətbuat konfransında danışıqların tarixi və məkanının dəyişə biləcəyini bildirərək, ABŞ və İran arasında baş verən proseslərin bu qərarlara təsir göstərə biləcəyini istisna etməmişdi.

Xatırladaq ki, Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların əvvəlki mərhələsi yanvarın 23–24-də Abu Dabidə keçirilmişdi və tərəflər həmin görüşlərdə münaqişənin nizamlanması ilə bağlı mövqelərini təqdim etmişdilər.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.