DVIDS-də qalmaqallı nişanlı foto silindi

"USS Gerald R. Ford"-da çəkilmiş və üzərində qalmaqallı nişan görünən bir dənizçi fotosu Pentaqonun rəsmi DVIDS platformasında yayımlandıqdan sonra silinib. ABŞ Hərbi Dəniz Qüvvələri hələlik şərh verməyib. 

10

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Gerald R. Ford” aviadaşıyıcısında çəkilmiş bir fotoşəkil qısa müddətlik Pentaqonun rəsmi “Defense Visual Information Distribution Service” (DVIDS) platformasında yerləşdirilib, daha sonra isə silinib.

“New York Post” yazır ki, şəkildə bir dənizçinin üzərində “Hərbi Dəniz Qüvvələrinə qoşulun – iri ombalı venesuelalıları xilas edin!” (“Join the Navy, Save the Big Booty Venezuelans!”) ifadəsi olan qalmaqallı nişan görünürdü. DVIDS-in öz rəsmi izahına görə, bu platforma ABŞ Müdafiə Nazirliyinin hərbi foto, video və xəbər materiallarını yaydığı rəsmi media sistemidir.

Qəzetin məlumatına görə, görüntü dənizçinin “EA-18G Growler” təyyarəsi üzərində işlədiyi anda çəkilib və sosial şəbəkələrdə sürətlə yayılmağa başlayandan sonra platformadan götürülüb. New York Post” həmçinin qeyd edir ki, ABŞ Hərbi Dəniz Qüvvələri hələlik insidentlə bağlı rəsmi şərh verməyib və dənizçi barədə intizam tədbiri görülüb-görülməyəcəyi bilinmir.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930