Dünya mediası və maliyyə jurnalları 2025‑ci il üçün “ən zəngin gənc mirasçılar” siyahısını açıqlayıb. Bu reytinqdə yer alan şəxslər arasında ailə bizneslərinin varisləri, monarxiya ailələrinin övladları və məşhur mədəniyyət simalarının uşaqları var.
Şahzadə Şarlotta

Britaniya Krallığının kiçik üzvü Şahzadə Şarlotta, 5 milyard dollar dəyərində sərvəti ilə siyahının zirvəsində yer alır. Bu sərvət yalnız nağd pullardan ibarət deyil, həm də “Şarlotta Effekti” adlandırılan iqtisadi təsirdən gəlir. Hər geydiyi paltar və istifadə etdiyi aksessuar dərhal satışa çıxarılaraq ingilis moda sənayesinə milyardlarla dollar qazandırır. Uşaqlıq yaşından moda ikonası olaraq qəbul edilməsi onun bazar dəyərini milyardlarla ölçüyə qaldırır.
Vəliəhd Corc

Taxtın gələcək varisi vəliəhd Corc, 4.6 milyard dollar dəyərində sərvətə malikdir. Babası Kral Çarlz və atası Şahzadə Uilyamdan qalacaq mirasın yanında, Corc ingilis markalarına qatdığı dəyərlə də siyahıda güclü mövqedədir. Gələcəkdə kral olacağı gözlənilən Corcun həyatına dair diqqət çəkən detallar arasında, babası tərəfindən hədiyyə olunan 23 min dollar dəyərində oyun evi də yer alır.
Valentina Paloma Pino

Hollivud ulduzu Salma Hayek və lüks moda imperatoru Fransua-Henri Pinonun qızı Valentina Paloma Pinault (Pinault), 2 milyard dollar dəyərində sərvətin varisidir. Atasının “Gucci”, “Balenciaga” və “Saint Laurent” kimi dünya markalarını idarə edən şirkətləri Valentinanı doğulandan bəri moda dünyasının ən güclü simalarından biri edib. O, həm kino, həm də moda sahəsində yetişərək gələcəkdə böyük bir moda imperiyasını idarə etməyə hazırlaşır.
Rza Atelston Mayers

Dünya şöhrətli müğənni Rihanna və repçi A$AP Rokkinin oğlu Rza Atelston Mayersin 943.5 milyon dollar potensial sərvəti var. Rza və qardaşı Riot Rose valideynlərinin musiqi karyerasının yanında, milyard dəyərində “Fenty” gözəllik və moda markasının da təbii varisləridir. Moda dünyasında uşaq yaşından ikon halına gələn Rza, milyardlıq bir sərvətin eşiğinde yaşayır.
Blu Ayvi Karter

Beyons və Jay-Z-nin qızı Blu Ayvi Karter (Blue Ivy Carter) 720 milyon dollar dəyərində sərvətə malikdir. O, yalnız ailəsinin mirasına güvənmir, həm də öz varlığı ilə media və moda dünyasında diqqət çəkir.
Rayan Kaji

“Youtube” fenomeni Rayan Kaji qısa zaman ərzində çəkdiyi videolar və bu videoların məhsullarının satışından əldə etdiyi gəlirlərlə təxminən 35 milyon dollar sərvətə çatıb. Rayan, çox erkən yaşda “YouTube” platformasında başladığı fəaliyyət sayəsində məşhur multimediya uşaq simasına çevrilib və öz adına lisenziyalı məhsulların da satışını həyata keçirir.
Anastasia Radzinskaya

“Like Nastya” kanalı ilə məşhurlaşan Anastasia Radzinskaya hazırda təxminən 20 milyon dollar sərvətə malikdir. O, ailəsinin dəstəyilə qurduğu və sosial media platformalarında böyük izləyici kütləsinə malik markası vasitəsilə böyük kommersiya uğuruna imza atıb.
Obri Franses Anderson‑Emmons

“Modern Family” serialının uşaq siması kimi tanınan Obri Anderson Emmons (Aubrey Frances Anderson‑Emmons) təxminən 6 milyon dollar dəyərində sərvətə sahibdir. Hələ 4‑5 yaşlarında beynəlxalq səviyyədə qiymətləndirilən aktrisa gənc yaşda yüksək gəlirli layihələrdə rol alıb.
İen Armitic

“Young Sheldon” serialındakı roluyla məşhurlaşan İen Armitic(Iain Armitage) də təxminən 6 milyon dollar sərvət sahibidir. Sosial media və aktyor fəaliyyəti sayəsində bir çox televiziya layihəsində yer alan Armitage gənc yaşda sərvət toplamağa başlayıb.
Ceykob Trembli

Kanadalı aktyor Ceykob Trembli (Jacob Tremblay) təxminən 2 milyon dollar sərvətə malikdir. “Room” filmində uşaq aktyoru kimi qazandığı uğurlar sayəsində Hollywoodda tanınan Tremblay hələ 18 yaşına çatmamış multimilyonçuya çevrilib.