Dünyanın ən sürətli danışılan dilləri açıqlandı

Yeni tədqiqat nəticələrinə görə, yapon dili dünyanın ən sürətli danışılan dili olub, Türk dili isə sürətə görə ilk 10-luğa daxil olaraq 9-cu sırada yer alıb.

220

Lion Universiteti tərəfindən aparılmış araşdırmalara görə, dillər arasında danışıq sürəti saniyədə səslənən hecalərın sayı ilə qiymətləndirilir, çünki söz uzunluğu dillər arasında fərqli olduğundan “heca” əsaslı ölçüm daha dəqiq nəticə verir.

Bu analizdə yapon dili saniyədə orta hesabla 7,84 heca ilə dünyanın ən sürətli danışılan dili olaraq birinci yerdə qərarlaşıb. Ardınca isə ispanfransız dilləri gəlir. Siyahıda ingilis dili, alman və Mandarin Çin dili daha yavaş kateqoriyaya daxildir. Ən sürətli danışılan ilk 10 dil arasında türk dili 9-cu sırada yer alıb və bu göstərici türkçənin heca axını baxımından digər dillərlə müqayisədə nisbətən sürətli olduğunu göstərir. Bu nəticələr göstərir ki, danışıq sürəti ilə dilin mənalı məlumat ötürməsi arasında maraqlı bir balans mövcuddur və dillər bu sahədə müəyyən tendensiyalarla seçilir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.