Dünyanın ən narsist ölkələri açıqlanıb

Miçiqan Dövlət Universitetinin beynəlxalq araşdırmasına görə Almaniya ən narsist ölkə seçilib və Türkiyə “özünə heyranlıq” kateqoriyasında ilk beş ölkə arasında yer alıb. Araşdırma gənclər və kişilər arasında daha yüksək narsisizm səviyyəsini göstərir.

Miçiqan Dövlət Universiteti tərəfindən 53 ölkədə təxminən 45 000 insanın iştirakı ilə aparılan genişmiqyaslı araşdırma göstərib ki, fərdlərin özünü mərkəzə qoyma və özünə üstünlük vermə meyli ölkələr arasında ciddi fərqliliklər göstərir.

Bu araşdırma nəticəsində Almaniya narsisizmin ümumi səviyyəsinə görə siyahının ən yuxarısında qərarlaşıb və onu Türkiyə, İraq, Çin, Nepal və Cənubi Koreya izləyir. Siyahının daha aşağılarında yerləşən Serbiya, İrlandiya, Böyük Britaniya, Hollandiya və Danimarka kimi ölkələr isə daha aşağı göstəricilərə sahibdir.

Araşdırma narsisizmi iki əsas ölçüdə – şəxsin öz uğurlarını və xüsusiyyətlərini qabartması ilə xarakterizə olunan “özünə heyranlıq” və başqaları ilə rəqabət aparmaq və onları aşağı görmək kimi davranışları əhatə edən “rəqabət” kateqoriyaları üzrə qiymətləndirib.

Araşdırma həmçinin demoqrafik nüansları da ortaya qoyub. Belə ki, bütün cəmiyyətlərdə gənclər yaşlılara nisbətən daha yüksək narsisizm səviyyəsi nümayiş etdirib və kişi iştirakçılar qadınlara nisbətən bu xüsusiyyəti daha çox göstərib. Bundan əlavə, ictimai statusunu yüksək hesab edən şəxslərdə narsisizmin daha aydın müşahidə edilib.

Miçiqan Dövlət Universitetindən psixoloq Uilyam Çopik bildirib ki, narsisizm dünyanın heç bir yerinə xas olmayan geniş yayılmış bir xüsusiyyətdir və müxtəlif mədəniyyətlərdə fərqli formalarda özünü göstərir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.