Dünyanın ən çox danışılan dilləri açıqlandı

"Ethnologue"-un yenilənmiş statistikasına görə, türk dili dünyada ən çox danışılan dillər arasında ilk 20-likdədir. Siyahıda ingilis dili ümumi danışan sayına görə, Mandarin isə ana dil kateqoriyasında liderdir. Azərbaycan dili üçün isə vahid sıralama yoxdur.

57

“Ethnologue”-un yenilənmiş dil statistikası əsasında hazırlanan siyahıya görə, dünyada ən çox danışılan dillər arasında yenə ingilis dili ümumi danışan sayı baxımından liderdir. İngilis dilinin ümumi danışan sayı 1,45 milyarda çatır. Bununla yanaşı, ana dil kateqoriyasında mənzərə fərqlidir: bu sahədə Mandarin çincəsi 929 milyon ana dil daşıyıcısı ilə birinci yerdədir, ispan dili isə 474 milyonla ikinci sırada qərarlaşır.

Ümumi danışan sayı nəzərə alınanda ilk onluqda ingilis, Mandarin çincəsi, hindi, ispan, fransız, müasir standart ərəb dili, benqal, rus, portuqal və urdu dilləri yer alır. Bu da göstərir ki, qlobal dil xəritəsində həm Asiya dilləri, həm də keçmiş müstəmləkə və beynəlxalq əlaqə dilləri əsas rol oynamaqda davam edir.

Türk dili dünyada təxminən 85–90 milyon nəfər tərəfindən danışılır və bu göstərici onu ən çox danışılan dillər siyahısında təxminən 15–17-ci yerlər aralığına çıxarır. Xəbərdə ayrıca vurğulanır ki, Avropadakı türk diasporu və türk seriallarının qlobal yayılması dilin təsir zonasını Orta Şərq və Latın Amerikası da daxil olmaqla daha geniş coğrafiyalara daşıyır.

Azərbaycan dili üçün ümumi sıra yoxdur; Şimali Azərbaycan dili (10.3 milyon) 127-ci və Cənubi Azərbaycan dili (13.8 milyon) isə 90-cı yerdə qərarlaşıb. 

Bu yerdə sual ondan ibarətdir ki, güneyli soydaşlarımızın sayının təxminən 30 milyon civarında olduğunu nəzərə alsaq, 13.8 milyon rəqəmi obyektivliyi nə qədər əks etdirir?

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
12 aprel 2026