Dünyanın ən bahalı mayesi – litri 10 milyon dollar

“Ölüm Ovçusu” adlı əqrəb növündən əldə olunan zəhər biotibb sahəsində kritik əhəmiyyətə malikdir və bir litri təxminən 10 milyon dollarla dünyanın ən bahalı mayesi hesab edilir.

198

Səhiyyə və biotexnologiya sahələrində istifadə olunan bəzi nadir bioloji mayelər bazar dəyərinə görə diqqət çəkir. Xüsusilə “Ölüm Ovçusu” (Deathstalker) adlı əqrəb növünün zəhərinin litrinə təxminən 10 milyon ABŞ dolları qiymət qoyularaq dünyanın ən bahalı mayesi kimi qeydə alınıb.

Mütəxəssislər bildirirlər ki, belə yüksək qiymətin əsas səbəbi bu zəhərin toplamaq üçün göstərilən ekstremal səylər və onun tərkibindəki kritik komponentlərin tibb sahəsində əvəzsiz rol oynamasıdır.

Bir litr əqrəb zəhəri əldə etmək üçün təqribən 2,5 milyon sağım prosesi həyata keçirilməlidir ki, bu da xərcləri sürətlə artırır. Alimlərin apardığı araşdırmalarda bu zəhərin tərkibindəki klorotoksin adlı zülalın xərçəngli hüceyrələri aşkar etmə qabiliyyəti və bəzi ciddi xəstəliklərin klinik müalicəsində yeni metodların inkişafında istifadəsi kimi potensial faydalar ortaya çıxıb.

Bundan başqa, bu növ bioloji maye multipl skleroz, revmotoid artrit və bəzi asılılıq növləri üçün nəzərdə tutulan dərmanların komponenti kimi də tədqiq edilir. Maraqlıdır ki, bu bioloji maye yalnız qiymətinə görə deyil, onun yığılması və tədqiqi səbəbindən də elmi dairələrdə böyük maraq doğurur və gələcək tibb innovasiyalarında potensial rol oynaması ilə bağlı geniş müzakirələrə səbəb olur.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.