Dünyada ən sevilməyən ölkələr açıqlanıb

Dünyanın ən az sevilən ölkələri açıqlanıb. Türkiyə siyahıda 16-cı yerdədir. Çin, ABŞ və Rusiya isə ilk üçlükdədir.

29

Dünyada ölkələrin beynəlxalq imicini ölçən “World Population Review” son məlumatlarını açıqlayıb. Qlobal ictimaiyyətin ən mənfi rəylərinə sahib 25 ölkə sıralanıb və Türkiyə 16-cı sırada yer alıb.

Analitiklərə görə, bu reytinqdə ölkələrin diplomatik addımları, insan hüquqları vəziyyəti və regional siyasətləri əsas rol oynayıb.

Siyahının ilk 20 ölkəsi belədir:

  1. Çin
  2. ABŞ
  3. Rusiya
  4. Şimali Koreya
  5. İsrail
  6. Pakistan
  7. İran
  8. İraq
  9. Suriya
  10. Hindistan
  11. Birləşmiş Krallıq
  12. Yaponiya
  13. Səudiyyə Ərəbistanı
  14. Almaniya
  15. Nigeriya
  16. Türkiyə
  17. Cənubi Koreya
  18. Əfqanıstan
  19. Filippin
  20. İtaliya

Ekspertlər vurğulayır ki, Türkiyənin mövqeyi əsasən geosiyasi mövqeyi və son illərdəki xarici siyasət addımları ilə əlaqədardır.