Dünyada ən çox yatan ölkələr açıqlandı

Beynəlxalq araşdırma ölkələr üzrə orta yuxu müddətlərini açıqladı. Siyahıda Avropa ölkələri ön sıradadır, Yaxın Şərq və Afrika ölkələri isə son pillələrdə yer alır.

74

Dünyanın müxtəlif ölkələrində insanların nə qədər yatdığını araşdıran beynəlxalq tədqiqat qlobal yuxu vərdişlərini ortaya çıxarıb.

Araşdırmaya əsasən, ən uzun orta yuxu müddəti əsasən Avropa ölkələrində müşahidə olunur.

Mütəxəssislər bildirirlər ki, gündəlik yuxu müddəti insanların həyat tərzi, iş rejimi, şəhər mühiti və sosial-iqtisadi şəraitlə birbaşa əlaqəlidir. İnkişaf etmiş ölkələrdə daha balanslı iş saatları və sosial həyatın mövcudluğu yuxu müddətinin artmasına şərait yaradır. Böyük şəhərlərdə stresin yüksək olması və intensiv iş tempi isə insanların daha az yatmasına səbəb olur.

Araşdırmada xatırladılır ki, sağlam həyat üçün yetkin insanların gündə ən azı 7 saat yatması tövsiyə olunur. Bu normadan aşağı yuxu müddətinin uzunmüddətli perspektivdə həm fiziki, həm də psixoloji sağlamlıq problemlərinə yol aça biləcəyi vurğulanır.

Nəticələrə görə, dünyada ən çox yatan ölkə Niderland olub. Bu ölkədə insanlar gün ərzində orta hesabla 8,1 saat yatır. Finlandiyada bu göstərici 8 saat təşkil edir. AvstraliyaFransada orta yuxu müddəti 7,9 saat, Yeni ZelandiyaBöyük Britaniyada isə 7,8 saatdır. KanadaDanimarkada insanlar gündə orta hesabla 7,7 saat, ABŞ, Almaniyaİsveçdə isə 7,6 saat yuxu yatır. İtaliyaBelçikada bu göstərici 7,5 saat, Yaponiyada isə 7,4 saat olaraq qeydə alınıb.

Araşdırmada Türkiyədə yaşayan insanların orta yuxu müddətinin 6,8 saat olduğu müəyyən edilib. Bu göstərici ilə Türkiyə siyahının alt sıralarında qərarlaşıb. Mütəxəssislər uzun iş saatları, şəhər həyatının gərginliyi və sosial faktorların Türkiyədə yuxu müddətini azaldan əsas səbəblər olduğunu bildirirlər.

Ən az yatan ölkələr sırasında isə əsasən Yaxın Şərq və Afrika ölkələri yer alır. Səudiyyə Ərəbistanında orta yuxu müddəti 6,5 saat olduğu halda, Sudanda bu rəqəm 5 saata qədər enir. Araşdırma göstərir ki, ölkələr arasındakı yuxu fərqləri insanların gündəlik rutinləri və həyat şəraiti ilə sıx bağlıdır.