Dünya siyasətində liderlərin işlətdiyi bəzi ifadələr ilk baxışda adi diplomatik mesaj kimi səslənsə də, ekspertlər onların arxasında daha ciddi siqnalların gizləndiyini bildirir. Xüsusilə, “Bütün seçimlər masada” kimi cümlələr beynəlxalq münasibətlərdə geri dönüşü çətin olan ssenarilərə, hətta nüvə riskinə işarə kimi şərh olunur. Bu ifadənin real mənası və mümkün nəticələri isə qlobal təhlükəsizlik baxımından mühüm müzakirə mövzusuna çevrilib.
Bu kontekstdə mütəxəssislər, nüvə döyüş doktrinalarının da bir “çəkindirmə” mexanizmi kimi işlədiyini, lakin bunun səhv anlaşma, yanlış siqnal və eyni zamanda siyasi eskalasiya risklərini artırdığını qeyd edirlər. Bu isə dünyada mövcud konfliktlərin sadəcə bölgə səviyyəsində deyil, qlobal miqyaslı təhlükələrə çevrilə biləcəyini göstərən ciddi siqnallar kimi qiymətləndirilir.