Dövlət qulluqçularına mükafatlar ləğv olunur

Yeni qanun dəyişikliyinə əsasən Azərbaycanda dövlət qulluqçularına verilən kollektiv və fərdi mükafatlar ləğv olunur, əməkhaqqı sistemi yenilənir.

30

Azərbaycanda dövlət qulluğu sistemində mühüm dəyişikliklər həyata keçirilir. Dövlət qulluqçularının əməkhaqqı sisteminin təkmilləşdirilməsi çərçivəsində mükafatlandırma mexanizminin ləğvi nəzərdə tutulur.

MSNews.az xəbər verir ki, bununla bağlı dəyişikliklər Milli Məclis tərəfindən qəbul edilən “Dövlət qulluğu haqqında” Qanun və digər qanunvericilik aktlarında öz əksini tapıb.

Yeni yanaşmaya əsasən, dövlət büdcəsi hesabına ödənilən bütün mükafatlar tamamilə ləğv edilir. Bu qərar həm kollektiv, həm də fərdi mükafatları əhatə edir. Belə ki, indiyədək dövlət qulluqçularının fəaliyyətinə görə verilən əlavə təşviq ödənişləri artıq tətbiq olunmayacaq. Əvəzində əməkhaqqı sistemi daha vahid və şəffaf struktur əsasında formalaşdırılacaq.

Əvvəlki qaydalara əsasən, dövlət qulluqçularının mükafatlandırılması üçün hər il dövlət büdcəsindən əlavə vəsait ayrılırdı. Bu vəsaitin həcmi əməkdaşın aylıq vəzifə maaşının üç mislinə qədər müəyyən edilir, əsasən bayram günləri münasibətilə kollektiv mükafatlar və xidmətdə fərqlənən şəxslər üçün fərdi ödənişlər şəklində təqdim olunurdu.

Qeyd olunan dəyişikliklər nəticəsində əməkhaqqının daha sabit və əvvəlcədən proqnozlaşdırıla bilən olması təmin ediləcək. Bununla yanaşı, dövlət qulluqçularının gəlirlərinin əsasən sabit maaş üzərində formalaşmasına şərait yaradılacaq.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026