Dmitriyev yenidən “yadplanetlilərə” müraciət etdi

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Almaniya kansleri Fridrix Mertslə bağlı kinayəli paylaşım edib və “yadplanetlilərdən” onun istefasına kömək istədiyini yazıb.

208

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Almaniya kansleri Fridrix Mertslə bağlı kinayəli paylaşımı ilə gündəmə gəlib.

MSNews.az xəbər verir ki, Dmitriyev özünün “X” hesabında yenidən “yadplanetlilərə” müraciət edib. O, əvvəlki müraciətindən sonra Böyük Britaniyanın Baş naziri Keir Starmerin istefaya “razı salındığını” iddia edərək, indi eyni addımın Fridrix Merts üçün də atılmasını istəyib.

Dmitriyev paylaşımında Mertsin reytinqlərinin daha pis olduğunu yazıb və Almaniya kanslerini “döyüşkən siyasət”, miqrasiya, enerji və iqtisadi qərarlara görə tənqid edib. Onun sözləri siyasi kinayə xarakterli paylaşım kimi qiymətləndirilir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.